Yaponiya daha bir nüvə reaktorunu işə saldı
24 iyul 2022 07:47 (UTC +04:00)

Yaponiya daha bir nüvə reaktorunu işə saldı

0

Yaponiyanın “Kansai Electric Power” şirkəti Takahama AES-in 3-cü reaktorunu təkrar işə salıb.

Lent.az-ın xəbərinə görə, bu barədə istismarçı şirkət məlumat verib. Elektrik enerjisinin hasilatına 2 gün sonra başlanılacaq. Reaktorun kommersiya istismarı isə avqustun sonuncu ongünlüyünə planlaşdırılır. 

Qeyd edək ki, reaktor plan üzrə yoxlama çərçivəsində martın 1-də dayandırılmışdı. Qurğunun təkrar işə salınması martın 30-na nəzərdə tutulsa da, buxar generatorundakı nasazlığa görə proses iyulun 23-dək təxirə salınıb. Sonradan generatordan yağ axdığı üçün işəsalma daha bir gün gecikib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1586

Oxşar yazılar