Qəribə hadisə Fransanın Ero departamentində qeydə alınıb.
Lent.az xəbər verir ki, bir mənzilə buxarıdan girməyə cəhd edən oğru arzusuna çatmayı. O, buxarıda ilişib qalıb.
Çıxa bilmədiyini görən oğru yanğınsöndürənləri çağırıb. Onlar oğrunu çıxarmaq üçün buxarının divarını söküblər. İndi oğru polisə cavab verməli olacaq.