Türkiyədə qruplaşma lideri Sedat Pekere qarşı xüsusi əməliyyatlar keçirilib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə polisi Sedat Pekerin bağlantıları olan 4 qəsəbədə 2 əməliyyat keçirib. Nəticədə 25 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı 6 ədəd sənədsiz tapança, 8 ədəd sənədsiz tüfəng, 1000-dən çox patron, 203 psixotrop dərman, narkotik vasitə, üzərində “Sedat Abi” yazısı olan 2 videokaset, Sedat Pekerin fotolarından ibarət albom, cinayətdən əldə olunduğu iddia edilən 24 850 türk lirəsi (təxminən 5 min manat) və s. digər əşyalar maddi sübut kimi götürülüb.
Saxlanılanlardan bir neçəsi həbs olunub. 18 nəfər isə şərti qaydada sərbəst buraxılıb.
Araşdırmalar davam etdirilir.