Xeyriyyə yardımına gedən gözəllik kraliçası  faciəvi şəkildə öldü
24 dekabr 2025 12:45 (UTC +04:00)

Xeyriyyə yardımına gedən gözəllik kraliçası faciəvi şəkildə öldü

0

Meksikada xeyriyyə missiyası zamanı siyasi fəaliyyətə yeni başlayan gənc gözəllik kraliçası faciəvi şəkildə ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Verakrus ştatının Oteapan şəhərindən olan 22 yaşlı Lusero Ramires Mexikoya gedərkən yol-nəqliyyat qəzasında həlak olub. O, anası və bir qohumu ilə birlikdə həssas ailələrdən olan uşaqlar üçün oyuncaqlar və şirniyyatlar aparırmış. Ehtiyacı olanlara yardım etmək məqsədilə illərdir davam etdirdiyi Milad xeyriyyə ənənəsini həyata keçirirmiş.

İlkin məlumata görə, qəzanın səbəbi təkərin partlaması olub. Nəticədə avtomobil yol kənarına çıxaraq aşıb. Təhlükəsizlik kəmərini bağlamayan qız salondan çölə düşüb və hadisə yerində həyatını itirib.

Onunla birlikdə olan şəxslər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

2023-cü ildə Gül Festivalında “ən gözəl qız” titulunu qazanmış və ştatı milli müsabiqələrdə təmsil etmiş Lusero Ramires ictimai fəaliyyətlə fəal şəkildə məşğul olub. O, həmçinin “Vətəndaş Hərəkatı” partiyasından bələdiyyə şurasına namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlamışdı. Onun faciəli ölümü yerli icma üçün böyük sarsıntı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar