Bu qeyri-adi həkim xətası Fransada baş verib.
Lent.az xəbər verir ki, Nant şəhərindəki xəstəxanada müalicə alan xərçəng xəstəsinin cinsi orqanı səhvən kəsilib.
5 il əvvəl baş verən hadisənin üstü bu yaxınlarda açılıb. Cərrahlar xəstəni başqası ilə səhv salaraq “cinsi orqanın tam götürülməsi” əməliyyatı aparıblar. 35 yaşlı pasient xəstəxananı məhkəməyə verərək 1 milyon avro təzminat tələb edib. Məhkəmə isə cəmi 61 000 dollar təzminat müəyyən edib.