Qalıqları tapılan “İl – 76”-nın pilotlarının meyiti aşkarlandı - YENİLƏNİB
03 iyul 2016 13:22 (UTC +04:00)

Qalıqları tapılan “İl – 76”-nın pilotlarının meyiti aşkarlandı - YENİLƏNİB

İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan “İl-76” təyyarəsinin ekipaj üzvlərindən 4-nün cəsədi tapılıb.

 

APA-nın məlumatına görə, təyyarənin axtarışı üçün yaradılmış bu barədə operativ qərargahdan bildirilib.

 

Axtarışlar isə davam etdirilir.

 

“Axtarışlar nəticəsində iki “qara qutu”dan biri də tapılıb. Dağıntının miyasına əsasən demək olar ki, 10 nəfərlik ekipaj üzvlərini hamısı həlak olub”, - deyə qərargahın nümayəndəsi bildirib.

 

İrkutsk vilayətinin qubernatoru hadisə ilə əlaqədar iyulun 4, 5 və 6-nı regionda matəm günləri elan edib.

 

Aviasiya strukturlarındakı mənbə bildirib ki, məhdud görmə şəraitində təyyarənin nəyəsə çırpıldığı ehtimal olunur. Digər versiya kimi isə müstəntiqlər texniki problemlərin yaranmasını və pilotun səhvini araşdırırlar.

 

`````

 

07:41

 

İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgə hökumətindən bildirilib.

 

“Təyyarənin arxa hissəsi və digər fraqmentləri aşkarlanıb”, - deyə mənbə bildirib.  

 

Təyyarənin qəza nəticəsində tamamilə parçalandığı və yandığı bildirilir: “Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan  “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”.      

 

Qeyd edək ki,  yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsi meşə yanğınlarının söndürülməsində iştirak edib. Onunla əlaqə  iyulun 1-də səhər saatlarında itib. Qəzanın səbəbləri hələlik məlum deyil.

 

Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar