
Yeniyetmə stadionda faciəvi şəkildə öldü
0
0
Rusiyanın Sverdlovsk vilayətinin İvdel şəhərində faciə baş verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, stadionda futbol oynayan uşaqlardan birinin üstünə futbol qapısı aşıb.
Nəticədə 14 yaşlı yeniyetmə həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
0
0