Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və hökumət qoşunları arasında qanlı toqquşmalar baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sutka ərzində Cauf əyalətində qeydə alınan döyüşlərdə 10 üsyançı husi və 7 hərbçi ölüb, daha 4-ü yaraıanıb.
Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci ildən Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.