Alimlərdən gözlənilməz xəbər:  Havada CO₂ artdıqca insan qanında dəyişiklik yaranır
16 avqust 2026 02:25 (UTC +04:00)

Alimlərdən gözlənilməz xəbər: Havada CO₂ artdıqca insan qanında dəyişiklik yaranır

0

Atmosferdə karbon qazının səviyyəsinin artması insan orqanizmində, xüsusilə qanın kimyəvi göstəricilərində ölçülə bilən dəyişikliklərlə əlaqələndirilib.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

Avstraliya tədqiqatçıları ABŞ-da 20 ildən çox müddəti əhatə edən sağlamlıq məlumatlarını analiz ediblər. Araşdırma zamanı atmosferdə CO₂ səviyyəsinin yüksəlməsi ilə qanda bikarbonat göstəriciləri arasında əlaqə müəyyən edilib.

Alimlər bunun insan sağlamlığı baxımından nə demək olduğunu daha dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər. Tədqiqat iqlim dəyişikliyinin insan orqanizminə təsirlərinin yalnız temperatur və hava şəraiti ilə məhdudlaşmadığını göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 78

Oxşar yazılar