Yaponiyanın yeni baş naziri parlament seçkisində qalib gəlmiş Liberal Demokrat Partiyasının lideri Sindzo Abenin olacağı gözlənilir.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, yeni hökumət başçısı dekabrın 26-da parlamentin növbədənkənar sessiyasında seçiləcək. Liberal Demokrat Partiyası ilə Komeyto Partiyası 480 mandatdan 325-ini qazanıb. Bu baxımdan Aşağı palatada onlar səs çoxluğuna malikdir.
Bu gün yeni kabinet formalaşdıqdan sonra onlar imperator Akixitonun sarayında təntənəli şəkildə təsdiqlənəcək.
Sindzo Abe ikinci dəfə bu postu tutacaq. 2006-cı ildə o, bir dəfə kabinetə başçılıq edib. Onda səhhəti ilə əlaqədar istefa vermişdi.
Abe ABŞ-la bir qədər «laxlamış» əlaqələri möhkəmləndirəcəyini,Çinlə dözümlülük göstərəcəiyini, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu seçkidə qələbə qazandıqdan sonra bildirmişdi.