Yaponiya Çinlə savaşa hazırlaşır?
06 yanvar 2013 05:38 (UTC +04:00)

Yaponiya Çinlə savaşa hazırlaşır?

Yaponiya hakimiyyəti son 11 ildə ilk dəfə olaraq müdafiə xərclərini artıra bilər.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, parlament seçkisindən sonra yeni baş nazir Sindzo Abe Çinlə mübahisəli ərazi məsələsini daha sərt şəkildə həll etməyə çağırıb.

Yerli mətbuatın məlumatına əsasən, aprelin birindən başlayacaq 2013-cü maliyyə ilində müdafiə xərcləri iki faiz artaraq, 53 milyard dollar təşkil edə bilər. Bu vəsait Yaponiya Özünü müdafiə qüvvələrinin sayının genişləndirilməsinə, quru, dəniz və hava qüvvələri üçün yeni avadanlıqların alınmasına xərclənəcək.

Mənbənin xatırlamasına əsasən, baş nazir mətbuat konfransında bildirib ki, ölkə Ana Yasasının 9 maddəsinə yenidən baxacaqlar. 1947-ci ildə qəbul edilmiş həmin maddəyə görə Yaponiya öz quru qoşunlarını, Hərbi Hava Qüvvələri və ya donanmasını yaratmaqdan imtina edib.

Ölkədəki mövcud qanuna əsasən, özünümüdafiə güclərin özəl polisi dövlətin müdafiəsini həyata keçirir. Onların səlahiyyətləri formal olaraq, məhdudlaşdırılıb.

Çin Yaponiya arasında ərazi mübahisəsi Senkaku (Dyaoyudao) adası ilə bağlıdır. Yaponiya 1895-ci ildə adanın onlara məxsus olduğunu bildirsə də, Çin 1783 və 1785 –ci illərin xəritəsində bu torpaqların onlara məxsusluğunu xatırladır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar