Bu gün Yaponiya imperatoru Akixitonun 79 yaşı tamam olur. Ölkə Ana Yasasına əsasən, o, «yapon dövlətinin simvolu və xalqının birliyi» rəmzidir.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, imperatorun doğum günü ənənəvi olaraq, dövlət bayramı kimi qeyd edilir. Həmini gün küçələr dövlət bayraqları ilə bəzədilir. İmperatorla görüşmək istəyən, yaxud ona təbrik yazmaq istəyənə saraya gələ bilər.
İmperator sarayı idarəsindən bildiriblər ki, bu ilk günün birinci yarısı imperator və ailəsi üç dəfə xalq arasında görünəcək.
İmperator Akixitoya Yaponiyada əvəzedilməz sayğı var. Aparılan sorğunun nəticələrinə əsasən,rəyi soruşulanların 80 faizi bildirib ki, o, millətin birliyi simvolu məsuliyyətinin öhdəsindən bacarıqla gəlir.
Onu da qeyd edək ki, Akixito Yaponiyanın ənənəvi sıralamaya əsasən, 125-ci imperatorudur.
ilin martında ölkədə baş vermiş sunami və zəlzələ zamanı o, televiziya vasitəsi ilə xalqına müraciət edərək, yaponları mərdlik göstərməyə çağırmışdı.