Bir neçə gün öncə İran xarici İşlər Nazirliyinin sözçüsü Abbas Araqçi onu xanımın əvəzləyəcəyini jurnalistlərə bildirmişdi. Lent.az-ın məlumatına görə, avqustun 29-da o,həmin xanımın adını açıqlayıb.
Abbas Araqçi deyib ki, yeni sözçü nazirlikdə 20 ildən artıq iş stajı olan Mərziyə Əfxəmdir: «Xanım Mərziyə Əfxəm bir müddət nazirlikdəki media üzrə siyasət bölməsində çalışıb, hazırda ümumi siyasət bölməsinin baş direktorudur. Hesab edirəm ki, onun bu vəzifəyə təyin edilməsi xarici siyasətlə bağlı sahələrə müsbət təsir göstərəcək».
Abbas Əraqçi əlavə edib ki, xanımların XİN-inin sözçüsü və ya səfir təyin edilməsi müəyyən dairələrdə birmənalı qarşılanmayıb və buna etiraz edənlər var: «Tənqidçilər həmin şəxslərin adlarının elan olunmasından sonra görəcəklər ki, bu seçimdə əsas meyar şəxslərin təcrübə və ixtisasına üstünlük verilməsi olub».