Xamneyi ABŞ-la birbaşa danışıqları rədd edib
07 fevral 2013 20:44 (UTC +04:00)

Xamneyi ABŞ-la birbaşa danışıqları rədd edib

Ötən gün İran prezidenti Mahmud Əhmədinejad ABŞ-la bir sıra şərtlər daxilində danışıqlar hazır olduqlarını bildirmişdi: “Əgər ABŞ rəsmiləri bu bəyanatları ilə yanaşı rəftarlarını da dəyişsə,biz onların bu təklifinə müsbət yanaşacaq”.

 

Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, fevraln 7-də İslam Respublikasının ali rəhbəri ayətullah Xamneyi ölkəsinin nüvə proqramı ilə bağlı Ağ evlə istənilən birbaşa dialoqun aparılmamasını qətiyyətlə rədd edib.

 

İranın lideri bildirib ki, ABŞ Tehrana qarşı «tapançanı faktiki olaraq, Tehrana qarşı tuşlayıb və danışıqlar təklif edir».

 

Xatırladaq ki, bu günlərdə ABŞ prezidentinin müavini Co Bayden Tehranla birbaşa danışıqlara hazır olduqlarını bəyan etmişdi : “İran hakimiyyəti və onun ali rəhbəri ciddi olsa, ABŞ bu ölkə ilə birbaşa danışıqlar aparmağa hazırdır”.

 

Co Baydenin bu bəyanatından sonra İran Xarici İşlər Naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında ABŞ-ın İrana yönəlik mövqeyini müsbət saydığını vurğulamışdı: “Baydenin bu təklifi ABŞ hökumətinin İrana yanaşmasında müsbət dəyişiklikdən xəbər verir”.

Onu da qeyd edək ki, İranın atom –nüvə problemi ilə bağlı  fevralın 26-da Qazaxıstanda «altılıq»la Tehran təmsilçisi arasında müzakirələrin növbəti mərhələsinin keçiriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar