Vyetnamda hakimiyyəti devirmək istəyənlərin məhkəməsi başlayıb
09 yanvar 2013 07:29 (UTC +04:00)

Vyetnamda hakimiyyəti devirmək istəyənlərin məhkəməsi başlayıb

Vyetnamda 14 nəfərin məhkəmə prosesi başlayıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar hakimiyyət çevrilişi hazırlamaqda ittiham olunur.

Prokuror iddiasına əsasən, müttəhimlər ABŞ-dakı «Vyet Tan» adlı vyetnamlı mühacirlərlə əməkdaşlıq ediblər. Vyetnam hakimiyyəti həmin qurumu «terrorçu təşkilat» sayır.

Müttəhimlərin çoxu katolikdir. Onlar  2011-ci ildə «Vyet Tan»-ın seminarlarına və anti -çin nümayişlərinə qatılmaq da sulanırlar.

 

Qərb dövlətləri isə Vyetnam hakimiyyətini müxalifətə qarşı repressiv üsulları gücləndirməkdə qınayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512
avatar

Oxşar yazılar