Bu gün səhər tezdən Rusiyanın Volqoqrad şəhərində yeni terror aktı baş verib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08.23-də şəhərin Dzerjinsk rayonu ərazisində 15 saylı trolleybusda partlayış olub. İnsanlarla dolu olan trolleybus bazar və univermağın yerləşdiyi küçə ilə hərəkət edərkən partlayıcı qurğu işə düşüb.
Volqoqrad vilayət qubernatorunun müavini Vasili Qaluşkin 15 nəfərin öldüyünü, 23 nəfərin yaralandığını açıqlayıb. Bu partlayışı da bir gün əvvəl olduğu kimi, kamikadzenin törətdiyi bildirilir. Rusiya İstintaq Komitəsi olayın terror aktı olduğunu açıqlayıb.
Xatırladaq ki, dekabrın 29-da Volqoqrad dəmir yolu vağzalının binasında törədilən terror aktı nəticəsində 17 nəfər ölüb, 40-dan çox adam yaralanıb.