Viran qalan şəhər, xarabalıqdakı "Hammer"lər, tarixdən qalan kərpic parçaları - TAMAŞA DÜNYA
01 iyun 2013 18:50 (UTC +04:00)

Viran qalan şəhər, xarabalıqdakı "Hammer"lər, tarixdən qalan kərpic parçaları - TAMAŞA DÜNYA

Xaqani Şirvaninin “Mədain xərabələri” əsərindən bizə tanışdı bu şəhər. Dünynın ən qədim, amma viran edilmiş şəhəri. Sasanilər zamanı imperiyanın paytaxtı olan bu şəhər, həm də gözəl arxitekturası ilə seçilirmiş. Amma ərəb xilafəti bu şəhərə qara kabus kimi gələndən, Sasani imperiyasını süquta uğratdıqdan sonra şəhər dağılır, alt-üst edilir..

Yeni paytaxt isə həmin yerdən təqribən 30 km aralıda yeni salınan indiki Bağdad şəhərinə köçürülür. Və Mədain öz taleyi ilə baş-başa buraxılır. Budur, böyük bir şəhərdən qalanlar, fotolarda gördükləriniz.

Mədain xərabələri Bağdadın 30 km-liyində “Salman Park” adlanan ərazidə yerləşir. Müharibə illərində bu ərazi Bağdadın ən qaynar nöqtələrindən biri idi, indi də o qədər rahat yer sayılmaz. Belə ki, biz Bağdaddan ora getmək istədiyimizi hansı taksi sürücüsünə deyirdiksə, onlar ya təklifimizdən imtina edir, ya da bizi də yoldan qaytarmaq istəyirdi. Nəhayət, sürücüsü keçmiş polis işçisi olan bir taksiyə əyləşdik… və yola düşdük.

Təqribən 30 dəqiqəlik yolu iki saata yaxın bir vaxtda qət etdik. Yollardakı yoxlama-keçid məntəqələrinin sayı-hesabı yoxdur. Hər 200-300 metrdən bir maşından enməli, hara və nə niyyətlə getməyimizlə bağlı geniş izahat verməli olurduq. Bu postlarda diqqətimizi çəkən məqamlardan biri də hər postun qarşısında “Hammer” markalı hərbi maşınların dayanması idi.
Hərbi postlardan biri isə, məhz Mədain xərabələrində idi. Bu abidələrə müharibə vaxtı ciddi zərər dəyib. Sözün həqiqi mənasında xarabalıqdasan, sanki.

Oradan qayıdanda bir az üzülmüşdük. Çünki bu tarixi abidəni bir də görməyə bilərdik: insanın dəyəri olmayan İraqda tarixi abidə sadəcə kərpiç parçalarıdır.

# 2014

Oxşar yazılar