Venesueladakı katolik kilsəsi prezident Uqo Çavesə qarşı çıxıb.
Lent.az-ın məlumatına əsasən, onlar prezidentin and içmədən hakimiyyətdə qalmasını ölkənin mövcud Ana Yasasının pozulması kimi dəyərləndiriblər.
Venesuela katolik yepiskopları məclisinin başçısı Dieqo Padron bildirib ki, Çavesin yenidən hakimiyyətdə qalması üçün o, yanvarın 10-da prezident kimi andiçmə mərasimində iştirak etməlidir.
Xatırladaq ki, hazırda Çaves Kubada müalicə olunur.Bir müddət öncə ölkənin baş prokuroru Siliya Flores prezidentin andiçmə mərasimi təxirə salına bilər.
Müxalifət isə bildirir ki, əgər Çaves andiçmə mərasiminə gələ bilmirsə, o zaman növbədənkənar prezident seçkisi keçirilməlidir.