Vaşinqtonda Nemtsov adına meydan açıldı
28 fevral 2018 02:47 (UTC +04:00)

Vaşinqtonda Nemtsov adına meydan açıldı

0

ABŞ-ın paytaxtı  Vaşinqtonda Boris Nemtsov adına meydanın (Boris Nemtsov Plaza) açılışı olub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xüsusi lövhənin açılışı mərasimi siyasətçinin qətlinin 3-cü ildönümü ilə əlaqədar təşkil olunub.  

 

Qeyd edək ki,  Boris Nemtsov adına meydanda Rusiya səfirliyi yerləşir.

 

Təntənəli mərasimdə 100-dək insan olub. Onların arasında Konqres üzvləri, Dövlət Departamentinin, Vaşinqton qanunverici şurasının əməkdaşları, diaspor üzvləri, mərhumun qızı Janna da iştirak edib.   

 

Meydanın adının dəyişdirilməsi qərarı Vaşinqton şəhər şurası verib.

 

Xatırladaq ki, Boris Nemtsov fevralın 28-də Moskvanın mərkəzində güllələnib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar