ABŞ NATO-dakı müttəfiqlərini müdafiə xərcləri artırmağa çağırıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Ağ evin Atlantik Alyansdakı təmsilçisi İvo Daalder bildirib ki, Amerikanın NATO-dakı avropalı müttəfiqləri beynəlxalq sabitliyi təmin etmək üçün müdafiə xərclərin artırmalıdır.
Alyansın baş katibi Andres Foq Rasmussen bir müddət öncə qurum üzvlərini müdafiə sahəsinə sərmayələri azaltmamağa çağırmışdı.