Vals: “Terrorçu radikal islamçılarla əlaqəli olub”
15 iyul 2016 23:02 (UTC +04:00)

Vals: “Terrorçu radikal islamçılarla əlaqəli olub”

Nitsada terror aktını törədən şəxs radikal islamçılarla əlaqəli olub.

 

APA-nın məlumatına görə, bunu Fransa baş naziri Manuel Vals “France 2” telekanalına müsahibəsində deyib.

 

“Terrorçu, şübhəsiz ki, radikal islamçılarla əlaqəli olub. Fransa bu müharibədə mütləq qalib gələcək. Lakin ölkədə terror aktlarının baş verməsi bundan sonra da mümkündür”, deyə M.Vals bildirib.

 

Bununla belə, Fransanın daxili işlər naziri Bernar Kaznev yük maşınının sürücüsünün radikal islamçılarla əlaqəli olmasını təsdiq etməyib. 

 

Qeyd edək ki, iyulun 14-ə keçən gecə Nitsa şəhərində Tunis əsilli Məhəmməd Buhlelin idarə etdiyi yük avtomobili milli bayram münasibətilə təşkil olunan atəşfəşanlığı izləyən kütlənin içərisinə daxil olub. Nəticədə 84 nəfər ölüb, 100 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Oxşar yazılar