Rusiyada taksi fəaliyyəti ilə məşğul olan 37 yaşlı Azərbaycan vətəndaşı Tofiq Hüseynquliyev 9 il azadlıqdan məhrum edilib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Tofiq Hüseynquliyev Krasnoyarska böyük həcmdə heroin gətirilməsini təşkil edib.
Tofiq Hüseynquliyev keçən ilin mayında saxlanılan zaman avtomobildə həyat yoldaşı və kiçik yaşlı uşağı olub. O, bir kiloqram heroini uşaq yeməyinin altında gizlədilibmiş. Tofiq polislər tərəfindən saxlanılacağını görüb yüksək sürətlə aradan çıxmağa çalışıb. Amma buna nail ola bilməyib.
Tofiq Hüseynquliyev məhkəmədə günahını etiraf etməyib. O, cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkəcək.