Ukrayna prezidenti Viktor Yanukoviç ölkə təlükəsizlik xidmətinin başçısı İqor Kalinini tutduğu vəzifədən azad edib. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu vəzifəyə Aleksandr Yakimenkonu gətirib.
O, əvvəllər korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin rəisi, təhlükəsizlik xidməti nazirinin birinci müavini işləyib.
İ.Kalinin isə Ukrayna prezidentinin müşaviri vəzifəsinə təyin olunub.