Ukraynadakı Qafqaz xalqlarının diaspor təşkilatları ölkədəki hadisələrlə bağlı konfrans keçiriblər
17 aprel 2014 21:08 (UTC +04:00)

Ukraynadakı Qafqaz xalqlarının diaspor təşkilatları ölkədəki hadisələrlə bağlı konfrans keçiriblər

Ukraynada Azərbaycanın Dubaydakı keçmiş konsulu Paşa İlisuyskiyin (Məmmədovun) rəhbər seçildiyi Ukrayna Qafqaz Xalqları Konqresi (UQXK) Qafqaz xalqlarının diaspor təşkilatları ilə birgə ölkədəki gərginlik ilə əlaqədar qafqazlıları təmsil edən diaspor təşkilatlarını bir araya toplayıb.

 

UQXK-dən APA-ya verilən məlumata görə,  bununla bağlı təşkil olunan konfransda Gürcüstanın Ukraynadakı  səfirinin müavini Georgi Zakaraşvili,  Kiyev Radasının deputatı,  Gürcüstan Diasporunun rəhbəri Georgiy Meparişvili-Xviça,  Ukrayna Çeçen Xalqı Cəmiyyətinin sədri Salman Sadayev,  Ukrayna Millətlər Assambleyasının vitse prezidenti,  Ukrayna Yahudilər Fondunun sədri Arkadiy Monastırskiy , “OKO Maydanu ”  Siyasi Birliyinin sədri Timur Farziyilov,  Kirovograd Qavqaz xalqları  icmasının sədri Qoça Mdzinaraşvili,  Birləşmiş  Ukrayna Azərbaycanlıları  Konqresinin üzvləri və  bir sıra kürd, osetin, ləzgi və  dag yəhudi icmalarının rəhbərləri toplaşıblar .

 

Konfransda çıxış  edən Paşa İlisuyski (Məmmədov)  Ukraynada yaşayan etnik xalqlar üçün heç  bir milli ayrıseçkiliyin olmamasını qeyd edərək bunu vacib amil sayıb.  O son vaxtlar xarici təzyiqlər nəticəsində  baş  qaldıran separatizm və  millətçilik meyllərinə  qarşı  bu ölkədə  yaşayan qafqazlıların birləşməsini vacib sayıb.  “Biz mütləq burada yaşayan xalqlar olaraq milli barışığı  sübut etməliyik və  birgə  bir cəbhədən çıxış etməliyik”, deyə o təkliflə çıxış edib.

 

Konfransda iştirak edən qafqazlı  diaspor nümayəndələri bu təklifi dəstəkləyiblər. Daha sonra UQXK –  nin vitse prezidenti, əslən Qafqazdan olan Roman Makarenkonun Kiyev Radasına namizədliyi irəli sürülüb və iştirak edən xalqlar nümayəndələri tərəfindən dəstəklənib.

 

Bununla yanaşı  konfransda qərara alınıb ki gələcəkdə  Ukraynada baş tutacaq bütün siyasi proseslərdə və seçkilərdə birgə mövqedən çıxış etməsinin təşkil olunması  UQXK - nin rəhbəri Paşa İlisuyskiyə (Məmmədov)  həvalə  olundu.

 

Sonra Rusiya və Gürcüstan səfirliklərinin konfrans iştirakçılarına dəstək müraciətləri səsləndirilib.

 

Sonda Ukraynada baş verən gərginliklə bağlı birgə müraciət səsləndirilib və ölkənin ərazi bütövlüyünün pozulmasının, eyni zamanda milli ayrıseçkiliyin yolverilməz olduğu qətiyyətlə  bildirilib.  

# 398
avatar

Oxşar yazılar