“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI
05 may 2024 07:55 (UTC +04:00)

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

İspaniya çempionatının 34-cü turunun matçında "Jirona" Kataloniya derbisində "Barselona"ya qalib gəlib.

Lent.az xəbər verir ki, Jirona şəhərinin "Montivilli" stadionunda 14 090 tamaşaçının iştirakı ilə keçirilən görüş 4:2 hesabı ilə Miçelin yetirmələrinin iradəli qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra "Jirona" 74 xal toplayıb və "Barselona"nı 1 xal qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Bu nəticə həm də "Jirona"ya Çempionlar Liqasının 2024/25 mövsümünün qrup mərhələsinə erkən vəsiqəni təmin etməyə imkan verib. Klub tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində iştirak edəcək.

# 1611
avatar

Oxşar yazılar