Ukraynada yaşayan milli azlıqlar etiraz etdi
21 fevral 2014 17:30 (UTC +04:00)

Ukraynada yaşayan milli azlıqlar etiraz etdi

Ukraynada yaşayan milli azlıqlar Ukrayna Prezident Administrasiyasına və Ali Radaya (parlament) etiraz müraciəti ünvanlayıblar. Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyevin Lent.az- a verdiyi məlumata görə, Assambleyada birləşən ölkə üzrə bütün millətləri təmsil edən təşkilatlar müraciətdə Kiyevdə və Ukraynanın digər regionlarda güc tətbiq etməklə davam edən hərəkətlərini kəskin pisləyib.

Müraciətdə deyilir: “Biz insan və vətəndaşları azad toplaşma, söz azadlığı kimi haqların və azadlıqların və digər ümumbəşəri dəyərlərinin qorunmasına çıxış edirik. Bununla əlaqədar, biz bu miqyasda insan ölümlərinə səbəb olan güc tətbiq edilməsini pisləyirik, narahatıq. UMA Ukrayna Prezidentinə və Ali Radaya münaqişənin sülh şəraitində dərhal həll edilməsini təmin etmək və “antiterror əməliyyatları” adı ilə dinc əhalisinin qətlərin səbəbkarlarını məsuliyyətə cəlb edilməsinə çağırır. Mümkün qədər tez danışıqlar məcrasına və həqiqi dialoqu başlamaq lazımdır. Biz həmçinin bizim ölkənin taleyindən biganə olmayanları səylərimizi Ukraynada sülh və əmin - amanlığın mümkün qədər tez bir zamanda bərqərar olunması üçün birləşdirməyə çağırırıq!”.

Təşkilatda Ukrayna Macarları Konqresi, Ukrayna Yəhudi Forumu, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və ölkədə yaşayan digər xalqların cəmiyyətləri birləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar

İrandakı partlayışda ölənlərin sayı  65-ə çatdı

İrandakı partlayışda ölənlərin sayı 65-ə çatdı

28 aprel 2025 , 19:52
Rusiyada avtobus aşdı, 35 nəfər  xəsarət aldı

Rusiyada avtobus aşdı, 35 nəfər xəsarət aldı

28 aprel 2025 , 07:04
Kanadada festival zamanı maşın izdihamın üzərinə sürüldü, 11 nəfər öldü

Kanadada festival zamanı maşın izdihamın üzərinə sürüldü, 11 nəfər öldü

28 aprel 2025 , 05:33
Ropa Papasından 200 minlik ianə

Ropa Papasından 200 minlik ianə

28 aprel 2025 , 03:45
Beş il sonra robotlar cərrahları qabaqlayacaq - İDDİA

Beş il sonra robotlar cərrahları qabaqlayacaq - İDDİA

28 aprel 2025 , 02:47
ABŞ Yəməni VURDU:  8 nəfər öldü, yaralılar var

ABŞ Yəməni VURDU: 8 nəfər öldü, yaralılar var

28 aprel 2025 , 01:34
Türkiyədə daha bir zəlzələ

Türkiyədə daha bir zəlzələ

27 aprel 2025 , 23:33
Təyyarə quşlarla toqquşdu

Təyyarə quşlarla toqquşdu

27 aprel 2025 , 19:10