Ukraynada Millətlər Assambleyası yaradıldı
07 noyabr 2013 17:55 (UTC +04:00)

Ukraynada Millətlər Assambleyası yaradıldı

Ukraynada ilk dəfə olaraq Ukrayna Millətlər Assambleyası (UMA) yaradılıb. Lent.az-ın məlumata görə, Assambleyadan verilən məlumata görə, təşkilatda Ukrayna Macarları Konqresi, Ukrayna Yəhudi Forumu, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və digər ölkədə yaşayana etnik xalqların cəmiyyətləri də daxil olmaqla 50 milli cəmiyyət birləşir.

Noyabrın 15 - də Ukraynanın paytaxtı Kiyevdə, “Hayat” otelinin konfrans zalında Ukrayna Millətlər Assambelyasının təqdimatı və fəaliyyətə başlaması ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Ukrayna Prezident Administrasiyasının rəsmiləri, Ali Radanın deputatları, Ukrayna Xarici İşlər, Mədəniyyət nazirliyinin, Turizm və Gənclər nazirliklərinin rəsmiləri, ABŞ konqresmenləri, BMT – nin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Ukraynada fəaliyyət göstərən 25 müxtəlif ölkənin səfirləri, tanınmış ictimai və elm xadimləri, siyasi icmalçılar, Ukraynada yaşayan müxtəlif millətlərin nümayəndələri, yerli və xarici KİV nümayəndələri iştirak edəcəklər.

Təqdimatda Ukrayna Millətlər Assambleyasına sədrinin, idarə heyətinin təsdiq olunması, fəaliyyətinin əsas istiqamətlər haqqında qərarlar qəbul olunacaq. Ukraynada millətlərarası münasibətlərlə bağlı etnosiyasi sahədə fikir mübadiləsi aparılacaq, konsepsiyalar müəyyən olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957

Oxşar yazılar

İrandakı partlayışda ölənlərin sayı  65-ə çatdı

İrandakı partlayışda ölənlərin sayı 65-ə çatdı

28 aprel 2025 , 19:52
Rusiyada avtobus aşdı, 35 nəfər  xəsarət aldı

Rusiyada avtobus aşdı, 35 nəfər xəsarət aldı

28 aprel 2025 , 07:04
Kanadada festival zamanı maşın izdihamın üzərinə sürüldü, 11 nəfər öldü

Kanadada festival zamanı maşın izdihamın üzərinə sürüldü, 11 nəfər öldü

28 aprel 2025 , 05:33
Ropa Papasından 200 minlik ianə

Ropa Papasından 200 minlik ianə

28 aprel 2025 , 03:45
Beş il sonra robotlar cərrahları qabaqlayacaq - İDDİA

Beş il sonra robotlar cərrahları qabaqlayacaq - İDDİA

28 aprel 2025 , 02:47
ABŞ Yəməni VURDU:  8 nəfər öldü, yaralılar var

ABŞ Yəməni VURDU: 8 nəfər öldü, yaralılar var

28 aprel 2025 , 01:34
Türkiyədə daha bir zəlzələ

Türkiyədə daha bir zəlzələ

27 aprel 2025 , 23:33
Təyyarə quşlarla toqquşdu

Təyyarə quşlarla toqquşdu

27 aprel 2025 , 19:10