Ukraynada hərbi anbarlarda yanğın lokallaşdırıldı
28 sentyabr 2017 02:31 (UTC +04:00)

Ukraynada hərbi anbarlarda yanğın lokallaşdırıldı

0

Ukraynanın Vinnitsa vilayətində hərbi anbarlarda baş verən yanğın lokallaşdırılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin başçısı Nikolay Çeçyotkin bəyan edib.

 

“Yanğın artıq lokallaşdırılıb. Yanğın ocaqlarının tam söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatı başa çatmaqdadır”, deyə N.Çeçyotkin qeyd edib.

 

Onun sözlərinə hadisə yerində xilasedicilər işlərini davam etdirir.

 

Xatırladaq ki, ötən gün Vinnitsa vilayətinin Kalinovka qəsəbəsi yaxınlığında yerləşən hərbi anbarlarda yanğın baş verib. Sonra anbarlarda olan döyüş sursatları partlayıb. Yaxın kəndlərdən 30 mindən çox adam təxliyə edilib, iki nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar