Ukraynada şərqində antiterror əməliyyatlar başlayandan, aprelin 15-dən etibarən 200 hərbiçi ölüb, 619 nəfər yaralanıb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, ölənlərdən 150 nəfər Ukrayna silahlı qüvvələrinin qulluqçusu, 7-si Təhlükəsizlik Xidməti əməkdaşı, 6-sı sərhədçi, 13-ü Milli qvardiyaçı və 24-ü milis əməkdaşıdır.
Lısenko həmçinin qeyd edib ki, atəşkəsin kəsilməsindən sonra ölkənin şərqində keçirilən antiterror əməliyyatlarında 5 hərbçi ölüb, 31-i yaralanıb.