Tuvada  - 40 dərəcədə donanlara FHN yardım edib
25 dekabr 2012 06:49 (UTC +04:00)

Tuvada - 40 dərəcədə donanlara FHN yardım edib

0

Rusiya Fövqəladə Hallar Nazirliyi Tuvaya humanitar yardım göndərib. Let.az-ın «BBC»-yə istinadən məlumatına görə, oradakı qəsəbələrdən birində, Xov-Aksuda 40 dərəcə şaxtada 4 min nəfərə yaxın sakinin istilik təchizatı yoxdur.

 

Qurumun təmsilçisi bildirib ki, təyyarə ora ərzaq məhsulları və istilik cihazları aparıb.

Dekabrın 20-də qəsəbədəki İstilik Elektrik Mərkəzində qəza baş verib. Nəticədə əhali qızdırıcısız qalıb.  

 

Məlumata əsasən, Tuvada 40 dərəcə şaxta bir həftədə artıqdır davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 943

Oxşar yazılar