Lent.az-ın məlumatına görə, böyük qardaşı ilə birgə yaşayan müğənni ötən gün gecə saatlarında vəfat edib.
Yaxınlarının sözlərinə görə, müğənni cəmiyyətdən kənar gəzirmiş və evindən çölə çıxmırmış. Sənətçinin ailəsi isə Şenay Yüzbaşıoğlunu itirdikləri üçün böyük üzüntü içində olduqlarını və onu bu gün torpağa tapşıracaqlarını söyləyiblər.
Qeyd edək ki, müğənninin ifa etdiyi “Sev Kardeşim” adlı mahnısını Azərbaycanın tanınmış müğənnisi, SSRİ Xalq artisti Zeynəb Xanlarova da ifa edib.