<b><span style="color:red;">Türkiyədə zəlzələ:  70-dək yaralı</b> - <span style="color:red;">YENİLƏNİB
21 iyul 2017 05:40 (UTC +04:00)

Türkiyədə zəlzələ: 70-dək yaralı - YENİLƏNİB

Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

 

APA-nın xəbərinə görə, bu barədə hadisə yerindən Türkiyənin NTV telekanalı bildirib.  

 

Məlumata görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.    

 

Qeyd edək ki, Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.     

 

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

 

Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub.

 

Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub.  Muğla əyalətinin valisi Esengel Civelek   dağıntıların ciddi olmadığını qeyd edib.   

 

 

**** 03.19

 

Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətin məlumatında bildirilir.

 

Məlumata görə, zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.    

 

Zəlzələ yer səthindən 10 km dərinlikdə baş verib.

 

Xəsarət alan və dağıntılar barədə məlumat verilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35