Türkiyədə yerli vaxtla saat 00:40-da 4,3 bal gücündə zəlzələ baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Qara dənizdə, Sinop şəhəri yaxınlığında, ocağı isə 7 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.