Türkiyənin Dini İşlər üzrə İdarəsi Qurani-kərimi erməni dilində nəşr edib.
Lent.az-ın "musavat.com"-a istinadən xəbərinə görə, tərcümə 4 min tirajla çapdan çıxıb.
Dini nəşrlər üzrə baş direktor Yüksel Salmanın sözlərinə görə, Quran erməni dilinin şəqri və qərbi dil varinatlarında nəşr olunub. “Biz ümid edirik ki, islam və Quranla tanış olmayanlar bu tərcümə vasitəsilə islamın mahiyyətinə bələd olacaqlar” – deyib Salman.
Onun sözlərinə görə, nəşr üzərində 4 il iş gedib. Onun da iki il yarımı tərcüməyə həsr olunub.
Müqəddəs kitabın daha 15 dildə tərcüməsi nəzərdə tutulur.