Rüşvət məsələsinə görə övladları həbs edilən Türkiyənin daxili işlər naziri Muammer Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktar, eləcə də Avropa Birliyi naziri Egemen Bağış dünən baş nazir Ərdoğanla görüşdə istefaya hazır olduqlarını bildiriblər. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Nazirlərin bu istəyi bəzi həmkarları və AKP nümayəndələri tərəfindən müsbət qarşılanıb. Ərdoğan isə nazirlərin “istefa” niyyətinə reaksiya verməyib.
Türkiyə mətbuatının yazdığına görə, artıq gözlər “Çankaya” köşkündə keçiriləcək toplantıya dikilib. Prezident Abdulla Güllə görüşəcək Ərdoğanın yeni kabinetin siyahısının açıqlayacağı da istisna edilmir.