Bu gün Türkiyədə kömür şaxtasında faciə baş verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Daş Kömür İdarəsinin Kozlu Müəssisəsinə məxsus olan Zonquldağda yerləşən şaxtada metan qazı partlayıb, şaxtada çökmə baş verib.
Çöküntülər altında 6 şaxtaçı qalıb. Artıq 5 şaxtaçının cəsədi tapılıb.