Türkiyə Milli Təhlükəsizlik Şurası hökumətə ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatmağı tövsiyə edib.
APA-nın məlumatına görə, bu barədə Şuranın iclasının yekunları ilə bağlı yayılan açıqlamada bildirilir.
İclas dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.
Ölkədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda çevrilişə cəhddən sonra tətbiq edilib.