Türkiyədə Atatürkün daha bir büstü dağıdıldı -<span style="color:red;"> FOTO
09 oktyabr 2014 15:35 (UTC +04:00)

Türkiyədə Atatürkün daha bir büstü dağıdıldı - FOTO

Türkiyədə Atatürkün daha bir  büstü dağıdılıb. Lent.az-ın yerli mətbuata istinadən məlumatın görə, Hakkaridə İŞİD-in Kobanini tutmasını bəhanə edən PKK tərəfdaşları aksiyaları davam etdirir. Hakkarinin Yüksəkoba qəsəbəsində olan mədəniyyət sarayı və Cumhuriyyət meydanında yerləşən 4 məktəb yandırılıb.

Yanğının böyüməsindən məktəblərə və mədəniyyət sarayına böyük zərər dəyib. Aksiyaçılar daha sonra məktəbin içində Atatürkün büstünü yerindən çıxarıblar. Büstün başını qoparan aksiyaçı şəkil çəkdirərək poz verib.

 

Qeyd edək ki, dünən Esenyurtdakı Cumhuriyyət meydanında aksiyaçılar tərəfindən Atatürkün heykəli yandırılıb.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004

Oxşar yazılar