Türkiyənin İstanbul və digər 7 bölgəsində anti-terror əməliyyatları həyata keçirilib. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, İstanbulun Terrorizmlə Mübarizə İdarəsinin “DHKP-C” terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarda 70 nəfər həbs edilib.
Əməliyyat zamanı adıçəkilən təşkilatın ofislərində araşdırmalar aparılıb və təşkilata məxsus sənədlər götürülüb. Həbs olunanlar arasında vəkillərin də olduğu bildirilir.
Qeyd edək ki, əməliyyat axşam saatlarına qədər davam edəcək. Həbs edilən şəxslər İstanbul Təhlükəsizlik Xidmətinə aparılıb.