Türkiyədə «kürd» adı ilə ilk təşkilat quran vəfat edib
26 dekabr 2012 00:15 (UTC +04:00)

Türkiyədə «kürd» adı ilə ilk təşkilat quran vəfat edib

Türkiyə Respublikası tarixində «kürd» adı ilə ilk təşkilat qurmuş deputat Şərafəddin Elçi uzun sürən xəstəlikdən sonra dekabrın 25-də vəfat edib.

Lent.az-ın Türkiyə «Hürriyət»inə istinadən məlumatına görə, O, 1938-ci il martın 14-də  Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib.

Tələbəlik illərində «kürdlərin davasını» aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98  kürdlə birlikdə «kürdlərin haqqı və Azadlığı» vəqfini qurub. 1995-ci ildə «Kürd kültür və araşdırma vəqfi»nin təsisində iştirak edib.

Qurduğu Demokratik Kütlə Partiyası qapadıldıqdan sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.

Türkiyə Böyük Millət Məclisinə keçirilən sonuncu seçkidə BDP –nin (Barış və Demokrat Partiyası) dəstəyi ilə deputat seçilib.

O, Türkiyənin futbol üzrə tanınmış mütəxəssisi Mustafa Dənizlinin qayınatasıdır.

Mənbənin məlumatına əsasən, Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan Şərafəddin Elçinin ailəsinə baş sağlığı verib. O, Mustafa Dənizli ilə telefonla danışaraq, ailə üzvlərinə baş sağlığını çatdırmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661

Oxşar yazılar

"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi

NASA “super-Yer” planeti kəşf etdi

17 iyul 2025 , 04:11