Türkiyə təyyarəsini yenə ildırım vurub
31 yanvar 2013 07:12 (UTC +04:00)

Türkiyə təyyarəsini yenə ildırım vurub

Beyrut-İstanbul reysi ilə uçan Türkiyə Hava Yollarına məxsus «Airbus-319» tipli təyyarəni havaya qalxdıqdan bir az sonra ildırım vurub.

 

Lent.az-ın «Habertürk»ə istinadən məlumatına görə, təyyarədə 75 sərnişin olub. İldırım vurduqdan sonra yeni baxışdan keçirilmək üçün təyyarə Beyrutun hava limanına enib.

 

Qeyd edək ki, ötən həftə İstanbul-İzmir reysi ilə uçan təyyarəni ildırım vurduğu üçün sağ mühərriki alovlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457
avatar

Oxşar yazılar