Türkiyə Suriyaya 37 min ton un göndərdi
25 dekabr 2012 11:50 (UTC +04:00)

Türkiyə Suriyaya 37 min ton un göndərdi

0

Türkiyənin Nazirlər Kabineti Suriyaya humanitar yardım məqsədi ilə qərar verib. Qərara əsasən, bu ölkəyə 37 min ton un göndəriləcək”. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyən baş nazirinin müavini Bülənt Arıç bildirib.

 

Baş nazirin müavini qeyd edib ki, Suriya rəhbərliyi vətəndaşlarına ediləcək yardıma mane olur. “Onu da qeyd edim ki, Suriyaya verəcəyimiz 37 min ton un təmənnasız, yəni hədiyyə olaraq verilir”- deyə, Arıç əlavə edib.

 

Qeyd edək ki, ərzaq Qızıl Aypara Cəmiyyəti vasitəsi ilə suriyalılara çatdırılacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 722

Oxşar yazılar