Türkiyə İsrailə qarşı vetonu geri götürdü
24 dekabr 2012 10:32 (UTC +04:00)

Türkiyə İsrailə qarşı vetonu geri götürdü

0

 

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə NATO-nun İsraillə hərbi əlaqələri genişləndirməsinə qoyduğu vetonu geri götürüb.

 

Xatırladaq ki, Türkiyə 2010-cu ilin mayında  Mavi Mərmərə olayından sonra NATO-nun İsraillə hərbi əməkdaşlığına veto qoyub. İsrail diplomatlarından biri “Jerusalem Post” qəzetinə bildirib ki, Türkiyə son anda vetonu qaldırıb və bu, NATO-nun Türkiyədə “Patriot” sistemlərinin yerləşdirilməsinə razılıq verməsindən sonra mümkün olub. Bundan sonra İsrail NATO-nun təlim və seminarlarında iştirak edə biləcək. İsrail NATO-nun 2013-cü ildə Türkiyə ərazisində keçiriləcək təlimlərində də iştirak edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 971

Oxşar yazılar