Türkiyə İŞİD-in Suriyadakı mövqelərini bombaladı
17 dekabr 2016 21:09 (UTC +04:00)

Türkiyə İŞİD-in Suriyadakı mövqelərini bombaladı

0

Türkiyəyə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə son sutka ərzində 64 zərbə endiriblər. APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, hücum nəticəsində azı 20 silahlı məhv edilib.   

 

Bundan başqa Türkiyə ordusu artilleriya və digər silahlardan İŞİD mövqelərinə 206 zərbə endirib.  

 

Qeyd edək ki, Türkiyə ordusu avqustun 24-dən Suriyanın şimalında İŞİD-ə qarşı “Ərəfat qalxanı” əməliyyatı keçirir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar