Türkiyədə hərbi helikopterin qəzaya uğramasının səbəbi açıqlanıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, baş nazirin müavini Nurəddin Canikli bildirib ki, helikopterin qəzaya uğramasına pis hava şəraiti səbəb olub: “Heç bir şəkildə kənar müdaxilə və ya hücum olduğunu iddia etmək olmaz, qəzanın dəqiq səbəbi hava şəraitinin pis olmasıdır”.
Qeyd edək ki, Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 7-yə çatıb. Yaralıların sayı isə 8-dir.