Yunanıstanın Gümülsinə bölgəsindəki Türkiyənin baş konsulu Osman İlhan Şənərin mindiyi dövlət avtomobilinə basqın olub.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, olay Kavala rayonunda «Qızıl Şəfəq» adlı qrupun üzvləri tərəfindən törədilib.
Mənbənin bildirdiyinə əsasən, türkiyəli baş konsul Kavala bələdiyyəsinin sədri Kostas Simiçislə görüşdən çıxarkən, 30 nəfərli bir qrup Türkiyəyə qarşı şüarlar söyləyərək, konsulun dayanmış halda olan avtomobilinə basqın ediblər.
«Qızı Şəfəq» yunanların ifrat milliyətçi təşkilatlarındandır. Bu qurum ölkəyə gələn mühacirlərə qarşı çıxışları ilə də seçilir. «Qızıl şəfəqçilər» Yunanıstandakı türklərin ölkədən çıxmasını tələb edirlər.
Xatırladaq ki, Gümülcine Yunanıstanda türklərin kompakt yaşadığı Qərbi Trakya bölgəsindəki Rodop vilayətinə bağlı bir şəhərdir.