Turist avtobusu dərəyə aşdı: 12 ölü, 34 yaralı
02 iyun 2015 02:40 (UTC +04:00)

Turist avtobusu dərəyə aşdı: 12 ölü, 34 yaralı

0

Meksikada turistləri daşıyan avtobusun dərəyə aşması nəticəsində 12 nəfər ölüb, 34  nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən məlumatına görə, hadisə ölkənin cənubundakı Oaxaka ştatında qeydə alınıb.

 

Naməlum səbəbdən avtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hazırda hadisə yerində xilasedici tədbirlər həyata keçirilir. Polis qəzanın başvermə səbəblərini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 217

Oxşar yazılar