Trampa çağırış: “Twitter”də yazmağı dayandır
25 oktyabr 2017 07:51 (UTC +04:00)

Trampa çağırış: “Twitter”də yazmağı dayandır

ABŞ Senatındakı demokratların lideri Çak Şumer prezident Donald Trampı “Twitter”də yazmağı dayandırmağa və amerikalıların problemlərini həll etməyə başlamağa çağırıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ç.Şumer jurnalistlərə açıqlamasında bildirib.

 

“Prezident Tramp “Twitter”də yazmağa son qoyaraq, yaşamağa başlamalıdır. Biz bu prezidentdə  liderlik müşahidə etmirik. Onun işi-gücü ancaq “Twitter”də yazmaq və problemləri qabartmaqdır. Amerikalılar istəmirlər bunu”, - deyə o jurnalistlərə bildirib.     

 

“İstərdik ki, prezident çoxsaylı düşmən axtarmaqdansa, amerikalıların problemlərini həll etməyə başlamasın”, - deyə Şumer qeyd edib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar