Qaçqınların evlərinə dönməsi və bərpa prosesinin başlanması üçün şəraitin yaradılması qaçqın probleminin yeganə və doğru həll yoludur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.
“Biz keçmişin səhvlərindən nəticə çıxarmalıyıq – biz dünyada tüğyan edən irimiqyaslı müharibələr və dağıntıların şahidi olmuşuq... Qaçqınların təhlükəsiz evlərinə dönməsi və uzunmüddətli bərpa prosesinin başlanması üçün şəraitin yaradılması humanitar fəlakətlərin yeganə uzunmüddətli həll yoludur”, - deyə Tramp qeyd edib.
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki komandanı general Cozef Votel bundan əvvəl Suriyanın bəzi rayonlarında “təhlükəsiz zonalar”ın yaradıla biləcəyini qeyd edib.