ABŞ prezidenti Donald Tramp hələlik rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində deyil. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.
Qeyd edək ki, D.Tramp ötən gün Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib. Qanun sanksiyaların ləğvinə dair prezidentin səlahiyyətlərini məhdudlaşdırır və bu məsələlərdə yekun qərarı Konqresə həvalə edir.